Ru
00:14 / 12 Oktyabr 2019

"Maşın”da gözlənilməz sonuc: Bu dəfə müğənni vuruldu

3024
"Maşın” realiti-şousunun 18-ci buraxılışında daha bir gərgin gün yekunlaşdı.

BakuPost-un məlumatına görə, bu dəfə iştirakçılar tərəfindən ən çox fotosu atılan aparıcı Lalə Mustafayeva olub.
Aparıcı əvvəl hədəfinin Suna Kasımoğlu olduğunu bildirsə də, daha sonra fikrindən vaz keçib:

“Heç kim məndən inciməsin. Amma Türkiyədə bu cür yarışma olsaydı, onlar azərbaycanlı iştirakçını bu qədər uzun müddət oyunda saxlamazdılar”.

Lalənin bu sözləri proqramın aparıcısı, Xalq artisti Murad Dadaşov və digər iştirakçılar tərəfindən qınanılıb.

Aparıcı daha sonra dediyi sözlərə görə üzr istəyib və Sunanı çıxarmayacağını deyib.

Sonda L.Mustafayeva 58,61 faiz səs toplayaraq yarışmada qalıb. O, müğənni Türkan Vəlizadəni şoudan uzaqlaşdırıb.

Qeyd edək ki, şouda oyunu müğənnilər Türkan Vəlizadə, Ramal İsrafilov, Niyam Salami, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aktrisa Zümrüd Qasımova davam etdirir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər