Ru
08:23 / 21 Fevral 2020

Maskalı atlar yola çıxdı - İNANILMAZ GÖRÜNTÜLƏR - FOTOLAR

2258
Çində koronavirusa yoluxaraq ölənlərin sayı 2120, ümumi xəstə sayı isə 74 576 nəfərə çatıb.

Çində dünən gün ərzində koronavirusa yoluxan 114 nəfər ölüb. Beynəlxalq Səhiyyə Komissiyası Çində 394 yeni xəstənin qeydə alındığını, lakin bunun xəstəliyin Uhanda ortaya çıxmasından bəri ən aşağı rəqəm olduğunu bildirdi.

İnsanlar bu ölümcül virusun yayılmasının qarşısını almaq üçün hər cür çətin şəraitə dözür. AFP xəbər agentliyi tərəfindən yayımlanan bu görüntülər isə çətin mübarizənin ən böyük nümunələrindən biridir.

Dünən çəkilən şəkillərdə qoruyucu üz maskaları geyinərək qarlı yollarda atların üzərində yol alan polislər və tibb işçiləri görünür.

Polis və tibbi qrupların Altayın ucqar bölgələrində yaşayan insanlara ölümcül virusla bağlı məlumat vermək üçün Çinin Sincan bölgəsinin qərbinə səfər etdiyi bildirildi.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər