Ru
10:58 / 07 Noyabr 2019

Maskalı şəxs həkimin evini basqın edib - AZƏRBAYCANDA

2971
Xaçmazda diş həkiminin evinə basqın olub.

BakuPost.az-ın məlumatına görə Hülövlü kəndində diş həkimi işləyən 1984-cü il təvəllüdlü Balayev Rəşad Tofiq oğlunun həyətinə üzü maskalı şəxs daxil olaraq ondan pul tələb edib.


İlkin araşdırma zamanı müəyyən edilib ki, Rəşad Balayev dünən saat 20 radələrində valideynləri, həyat yoldaşı və 1 azyaşlı övladı ilə birgə həyətə çıxan zaman, pilləkənin altında gizlənən üzü maskalı, əlində bıçaq olan şəxs onun qarşısına çıxaraq pul tələb edib. Bu vaxt Rəşad Balayev həmin şəxslə əlbəyaxa olarkən yerə yıxılıb və dərhal ayağa qalxaraq, köməyə adam çağırdığı üçün maskalı şəxs hasardan tullanaraq qaçıb gedib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törədən şəxsin Xaçmaz rayon Hülövlü kənd sakini Nizamov Tamerlan Eynulla oğlu olduğu müəyyən edilib. Şübhəli şəxs qismində saxlanılan Tamerlan Nizamov dindirmə zamanı cinayət əməlini tam təfərrüatı ilə etiraf edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər