Ru
11:43 / 14 Oktyabr 2019

“Maykl Cekson ruhi xəstə idi” - Elton Con kitabında nələr yazıb?

2022

Elton Con avtobioqrafik kitabında Maykl Ceksonu ruhi xəstə kimi təqdim edib.


BakuPost xarici mediaya istinadən xəbər verir ki, məşhur ingilis müğənnisi Elton Con, Ceksonu 13-14 yaşından tanıdığını söyləyib:

“Çox cazibədar uşaq idi. Amma Elvis Presli kimi özünü bir anda reallıqdan uzaqlaşdırmağa başladı”.

Müğənni daha sonra həmkarı haqqında bu fikirləri söyləyib: "Onun başında nələr olduğunun, nə həblər qəbul etdiyini Allah bilir. Ancaq son illər onu hər dəfə görəndə düşündüm ki, o, o tamamilə kontroldan çıxıb. Cekson həqiqətən ruhi xəstə idi”.

Xatırladaq ki, Maykl Cekson dəfələrlə pedofiliyada şübhəli bilinib. 1993-cü ildə müğənni fanatı olan və çox vaxt Neverlanda qonaq gələn 13 yaşlı Cordan Çandlerə təcavüz etməkdə ittiham olunurdu. Bu hadisə 2003-cü ildə yenidən təkrarlandı. Cekson bu dəfə də 13 yaşlı Geyvin Arvizoya cinsi təcavüz etməkdə günahlandırıldı. Lakin hakimlər yetərli dəlil tapa bilmədikləri üçün müğənnini azad etməyə məcbur olmuşdu.

2019-cu ilin mart ayında HBO, Ceksona qarşı yeni pedofiliya iddialarına istinad edən “Leaving Neverland” sənədli filmini nümayiş etdirdi.

Günel Musa
BAKUPOST
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər