11:50 / 11 Oktyabr 2021

"Mədəniyyət Nazirliyinin başı ayrı işlərə qarışıb" - Aqil Abbas

1014
“Mədəniyyət Nazirliyinin başı ayrı işlərə qarışıb. Möhtərəm Prezident Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Ancaq Şuşanın Mədəniyyət Mərkəzi yoxdur”.

Bakupost.az xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Sumqayıtdan nə bir muğam oxuyan, nə də tarzən çıxıb: “Şuşa Mədəniyyət Mərkəzi Sumqayıtdan ayrılmalıdır. Bu nə deməkdir? Yeni mədəniyyət naziri var. Baxsın, görüsün. Bu gün Şuşa yenidən tikilir. Camaat da yenidən evlərinə qayıdacaq. Belə çıxır ki, onlar yenidən Sumqayıta qayıdacaqlar? Mədəniyyət Nazirliyi Şuşa Mədəniyyət Mərkəzinin fəaliyyətini bərpa etsin”.

Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, Şuşa işğaldan azad edilib və bütün qurumlar da yerinə qaytarılacaq.

Deputat Elman Məmmədov da təklif edib ki, Qarabağ Regional Mədəniyyət Mərkəzi yaradılsın: "Həmin mərkəz isə Şuşada yerləşdirilsin".
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Lətif

    Azərbaycan mədəniyyəti 50 ildən artıqdır ki, unudulur və unutdurmaq üzrə mühüm işlər aparılır.Məsələn,radio və televizitada uzun illərdir Azərbaycan xalq musiqisi eşidilmir və ya bayağılaşdırılmış (aranjeman*)formada,özü də az eşidilir.Ansamblın tərkibi estrada alətləri ilə əlavə olunur ki.bu da təmiz musiqi anlamını pozur.Mədəni irsimiz təbliğ olunmur.Bunların səbəbi ilə müasir gənclik öz irsini unudur və bayağı musiqilərə alışdırlır.Milli kino.sənət əsərlərimiz.keşmiş tariximiz yeni nəslə çatdırılmır və ya təhrif olunmuş şəkildə çatdırılır.Mədəni tariximiz yeni nəslə çatdırılması üçün heç bir iş görülmür.Teatrlarımız bayağı əsərlərlə və ya zəif,düşük (musiqili komediya )repertuarlar hazırlayırlar. Bu barədə daha çox misal gətirmək olar.Əfsus ki, Mədəniyyət nazirliyi bu sahələri çoxdan unudub və gənclərimizin milli ruhda inkişaf etməsinə yönəlik fəaıiyyət göstərmir.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər