Ru
10:45 / 23 Yanvar 2021

Mehdiyev sabiq nazirə yeni vəzifə verdi

4214
Məlum olduğu kimi, ötən gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

“Bakupost” xəbər verir ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin də iştirak etdiyi iclasda bir sıra kadr məsələlərinə baxılıb.

Akademik Əli Abbasovun İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsinə təsdiq edilməsi haqqında qərar qəbul olunub.

Qeyd edək ki, Əli Abbasov 2004-cü ildən 2014-cü ilə qədər Rabitə və İnformasiya Texnologiyaları naziri, 2014-2015-ci illərdə isə Rabitə və Yüksək Texnologiyalar naziri olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər