Mehriban Əliyeva Prezidentə: Bəlkə saxlayasan, ayaqla gedək? VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

"BakuPost" xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram hesabında sözügedən səfərdən video paylaşıb.

Görüntülərdə İlham Əliyev erməni işğalçıları tərəfindən dağıdılmış evləri, Xudafərin körpüsünü göstərir.