Ru
14:02 / 09 Dekabr 2025

“Məhsətiyə “əxlasız” deyiriksə, Ömər Xəyyama da “əyyaş” deməliyik” – Tarixçi

“Məhsətiyə “əxlasız” deyiriksə, Ömər Xəyyama da “əyyaş” deməliyik” – Tarixçi
Eye

“Nizami Gəncəvinin məzarı yanında başqa bir məzarın tapılması faktı mənbələrdə var. Lakin bu məzarın Məhsəti Gəncəviyə aid olması faktı sübuta yetirilməyib. Əksinə elə hesab edilir ki, həmin məzar şairin arvadınındır”.

Bakupost.az xəbər verir ki, bu sözləri Gəncə Dövlət Universitetinin müəllimi, tarixçi-etnoqraf Bəxtiyar Çələbi “Yeni Sabah”a deyib.

O vurğulayıb ki, Nizami Gəncəvi “Xosrov və Şirin”, “Yeddi gözəl” poemalarında Məhsətidən söz açıb:

“Ümumən Məhsəti Gəncəvi haqqında geniş yazan Rafael Hüseynovdan başqa Aqafangel Krımskidir. O, Məhsəti haqqında xeyli materiallar toplayıb. Təxminən 5 səhifəlik məqaləsi var. Bunlardan başqa Məhsəti haqqında başqa dərin faktlar yoxdur.

“Xosrov və Şirin” əsərində Qızıl Arslanın Məhsəti Gəncəviyə çoxlu hədiyyə göndərməsindən bəhs olunur. Bu, yalnız onun yaradıcılığına görə ola bilərdi.

Nizaminin Məhsəti Gəncəvi barədə ikinci qeydi “Yedi Gözəl” poemasındadır. Lakin oradakı ithaf üstüörtülü formadadır. “Sirlər xəzinəsi”ndəki Sultan Səncər və qarı məsələsinin isə Məhsətiyə aiddiyatı yoxdur. Eynilə Nizami Gəncəvinin Məshətini sevməsi iddiasının da heç bir elmi əsası yoxdur. Bu, Ordubadinin “Qılınc və qələm” əsərində qeyd edilib”.

Tarixçi bildirib ki, Məshəti Gəncəviyə yazdığı rübailərə görə əxlaqsız demək doğru deyil:

“Rübai janrnda yazan Məhsəti Gəncəvi sevgisini bir az erotik formada təsvir edirdi. Bu da onun əxlaqlı və ya əxlaqsız olması mənasına gəlmir. Buna istinad etsək, onda Ömər Xəyyama da "əyyaş" deməliyik. Şərq ədəbiyyatında bu cür fikrlər başqa məna da ifadə edə bilərdi.

Bəzi mənbələrdə qeyd olunub ki, Məhsəti Gəncəvi Xorasana sürgün edilib. Sürgünün də səbəbi güman ki, rübailəri olub. Onu isə Xorasana yola salanların əksəriyyəti gənc sufilər idi. Sual olunur ki, əxlaqı düz olmayan adamı nəyə görə sufilər yola salsın?

Bir sufinin bir xanımı müşayiət etməsi görülməyən bir şeydir. İlk sufi qadın da Rəbiyyətül Ələviyyə olub. Ondan başqa nə sufi qadın, nə də qadınları müşayiət edən sufilər haqqında heç nə eşitməmişəm. Bunun özü də diqqət yetiriləsi məqamdır.

Doğrudur, bu iddianın da mənbələrdə təsdiqi yoxdur. Bunun əfsanə olması ehtimalı var”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar