Ru
12:04 / 16 Sentyabr 2019

Məktəb yeməkxanasında zəhərlənmə - 21 nəfər xəstəxanalıq oldu

1860

Ukraynada kütləvi zəhərlənmə olub.


BakuPost.az xarici KİV-ə istinadən məlumat verir ki, hadisə Vinits vilayətində baş verib. Belə ki, vilayət məktəblərinin birinin yeməkxanasında 20-dən çox şagird nahardan sonra xəstəxanaya müraciət edib.

Hazırda 16-si uşaq olmaqla 21 nəfərin xəstəxanada müalicəsi davam edir. Xəstəxanaya müraciət edənlərə qastroenterokolit diaqnozu qoyulub.


Məktəb yeməkxanasında zəhərlənmə faktından sonra yoxlamalar başlayıb, təhlillər aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər