Ru
15:49 / 14 Sentyabr 2020

Məktəblər belə fəaliyyət göstərəcək - VİDEO

1676

Yeni tədris ilindən etibarən şagirdlərin dərslərdə əyani formada iştirak etmələri üçün təhsil müəssisələri yeni sanitariya və gigiyena qaydalarını tətbiq edəcəklər.

“BakuPost” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, məktəblərə giriş və çıxış zamanı şagird və müəllimlər arasında fiziki məsafənin saxlanılması üçün girişdə xüsusi işarələr qoyulub. Məktəbə daxil olan şagirdlərin təmassız termometr vasitəsilə hərarəti ölçüləcək və hərarəti normadan yüksək olan şagirdlər evə göndəriləcək.

Məktəbin girişi və çıxışı spirt tərkibli məhlullarla təmin edilib. Şagirdlər məktəbə daxil olarkən onların müəssisə daxilində sosial məsafə saxlamalarına nəzarət olunacaq. Xəstəlik şübhəsi olan şəxs tibb otağında müayinə ediləcək və karantin otağına yerləşdiriləcək. Zərurət yaranarsa, təcili tibbi yardıma müraciət ediləcək.

Siniflərdə partalar ara məsafəsi ilə yerləşdirilib. Müəllimlər tibbi maskadan istifadə edəcək. Şagirdlərin maskadan istifadəsi isə valideynlərin seçiminə verilir.

Həmçinin yeni qaydalara görə, idman və akt zallarından, kitabxana və yeməkxanalardan istifadə dayandırılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər