Ru
12:53 / 23 Noyabr 2021

Məktəblərdə monitorinqlərə başlanıldı: bunlar araşdırılacaq

1653
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarsəsindən Bakupost.az -a verilən məlumata görə, monitorinqlərin təşkil olunmasının əsas məqsədi seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə tədrisin təşkili vəziyyətinin öyrənilməsi və şagirdlərin dərsə davamiyyətinin yoxlanılmasından ibarətdir. Təhsil müəssisələrinin idarə olunması, tədris və təlim-tərbiyə prosesinin təşkilinin effektivliyinin artırılması da monitorinqlərin əsas hədəflərindəndir.

Monitorinqlərin nəzərdə tutulan əhatə dairəsinin təmin olunması üçün BŞTİ tərəfindən 7 komissiya yaradılıb. Monitorinqlər zamanı təhsil müəssisələrində xüsusi karantin rejimi ilə bağlı təlimatların icrası və sanitar-gigiyenik vəziyyət, məktəb sənədləri ilə işin təşkili, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması məsələləri ilə bağlı müşahidələr aparılır.

Qeyd edək ki, monitorinqlər xüsusi təhsil müəssisələrini və inklüziv siniflər təşkil olunan məktəbləri də əhatə edir. Evdə təhsillə bağlı da monitorinqlərin aparılması planlaşdırılır. Monitorinqlərin​ sistemli və ardıcıl şəkildə davam etdirilməsi və bütün ümumi təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.

Sevinc
BakuPost
Şərhlər
  • Hərbi pensiyaçı

    Görəsən bu təftişləri indiki dildə monitorinqi aparanlar nə dərəcədə peşəkardırlar? Ömrü boyu əlinə təbaşir götürüb lövhə qarşısına çıxmayan, ümumiyyətlə müəllimlikdən xəbəri olmayanlar bunu necə edəcəklər. Hə yadıma düşdü: bunların hamısı parisdə manikürçülük kursunu bitiriblər axı!!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər