10:15 / 24 Noyabr 2021

"Məktəblərdə psixoloqların sayı artırılmalıdır” - Hicran Hüseynova

1208
“Ailədaxili münasibətlərdəki xoşagəlməz hallar uşaqların formalaşmasına, psixoloji vəziyyətinin dəyişməsinə mənfi təsir göstərir”.

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova deyib.

Millət vəkilinin sözlərinə görə, bu baxımdan orta məktəblərdə uşaqlara psixoloji xidmətin göstərilməsi yaxşı haldır:

“Ancaq təssüflər olsun ki, bu gün məktəblərdə çalışan psixoloqların sayı azlıq təşkil edir. Hətta məktəblərin bəzilərində ümumiyyətlə psixoloq yoxdur. Bu da təbii ki, şagirdlərə göstərilən psixoloji xidmətin keyfiyyətinə öz təsirini göstərir. Orta məktəblərdə psixoloq xidmətinin göstərilməsi olduqca vacibdir. Buna görə də hesab edirəm ki, orta məktəblərdə çalışan psixoloqların sayı artırılmalıdır”.

Sevinc
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər