Məktəblərin açılması ilə bağlı hökumətdən açıqlama

  • 08 Avq 2020 11:53
  • 16662 Baxış
Məktəblərin açılması ilə bağlı hökumətdən açıqlama



“Tədris məsələsi həddindən artıq önəmlidir. Bunun üzərində iş gedir və dünya təcrübəsi öyrənilir. Bu suala hələ də bütün dünyada cavab axtarılır”.

“BakuPost” xəbər verir ki, bunu prezidentin köməkçisi Şahmar Mövsümov deyib. Azərbaycanda məktəblərin nə vaxt açılacağı haqda sualı cavablandıran Ş. Mövsümov bu haqda hələlik heç bir qərarın olmadığını vurğulayıb:

“Hazırda bununla bağlı böyük bir qrupda iş gedir, rayonlar üzrə araşdırma aparılır və növbəti brifinqdə bu suallara cavab veriləcək”.



X