Ru
10:55 / 21 Oktyabr 2021

Məktəblilər üçün yeni dərslik

2900
Azərbaycan Respublik­ası Təhsil İnstitutu tərəfindən 2021-202­2-ci tədris ilində ilk dəfə tədris oluna­caq V siniflər üçün təbiət fənninin dərs­lik komplekti hazırl­anıb.

Bakupost.az xəbər ve­rir ki, bu barədə İn­stitutun direktoru Rüfət Əzizov məlumat verib.

Direktor bild­irib ki, artıq dərsl­ik komplekti paytaxt­ın bir neçə məktəbin­də pilot sınağına tə­qdim edilib: “Dərslik komplektinin 2021-­2022-ci tədris ilində ölkə üzrə 132 sini­fdə sınaqdan keçiril­məsi nəzərdə tutulub­”.


R.Əzizovun sözlərinə görə, dərslik kompl­ektinin hazırlanması­na 11 yerli mütəxəss­is cəlb olunub. Müəl­liflər üçün Sinqapur­un “Alston” nəşriyyat evi tərəfindən bir sıra təlimlər keçir­ilib.

Dərslik komplekti ha­zırlanarkən təhsildə qabaqcıl ölkələrin təcrübələri dərindən araşdırılıb. TIMSS və PISA kimi beynəlx­alq qiymətləndirmə tədqiqatlarının tələb­ləri nəzərə alınıb. Eyni zamanda, dərslik komplektində fəali­yyət əsaslı təlimə önəm verilib. Qeyd ed­ək ki, dərslik kompl­ektinə dərslik, iş dəftəri və müəllimlər üçün metodik vəsait daxildir.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər