Ru
13:13 / 05 Oktyabr 2019

Məhəmmədhüseyn Şəhriyarın oğlunu maşın vurdu - Vəziyyəti ağırdı

6417
Cənubi Azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyarın oğlu Hadi Behcət Təbrizi qəzaya düşüb.


BakuPost xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz Facebook səhifəsində məlumat paylaşıb. O, şairin oğlunun yol keçərkən avtomobil qəzasına uğradığını bildirib: “Dünən axşam Şəhriyarın yeganə oğlu Hadi Şəhriyar Təbrizin 17 Şəhrivar küçəsini keçərkən avtomobil qəzasına düşüb. Əlimizdə olan məlumata görə Hadi Şəhriyar hazırda koma vəziyyətindədir. Dua edək ki, Şəhriyarın dəyərli yadigarının sağlamlığı bərpa olsun”.


Günel

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər