15:40 / 08 Oktyabr 2021

Məmuru öldürən polkovnik-leytenantın oğlu imiş

1532
Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Ziyad Əhmədovu qətlə yetirən baş mühasibin sabiq vəzifəli şəxsin oğlu olduğu müəyyənləşib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, direktoru iş otağında bıçaqlayaraq öldürən Mirhadi Bağırovun atası Mirtağı Bağırov Goranboy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini olub. O, hazırda təqaüddə olan polis polkovnik-leytenantıdır.

Qeyd edək ki, sözügedən qətllə bağlı cinayət işi başlanıb. Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər