"Mən bu tənqidi səsləndirməliyəm"-Əli Əhmədov

353
 "Azərbaycanda dövlətlə biznes strukturları arasında dialoq bundan sonra da davam etdiriləcək. Biznes daim inkişaf etdirilməlidir, özəl sektor sosial rifahın yaxşılaşmasına töhfə verməlidir".

Bunu Azərbaycan Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu"nda deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda dövlət büdcənin formalaşmasında özəl sahə o qədər də iştirak etmir: "Mən bu tənqidi səsləndirməliyəm. Özəl sahə daha da inkişaf etdirilməlidir. İstəyirik ki, onlar məktəb, bağça yaratsınlar, yəni elmə töhfə versinlər. Ekologiya ilə bağlı da layihələr həyata keçirə bilərlər. Azərbaycan hökuməti ekologiya ilə bağlı layihələrin həyata keçirilməsində maraqlıdır. Hökumət üzərinə düşən vəzifəni dərk edir, ona görə də daim özəl sahənin inkişafına diqqət ayırır". (report)

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər