Ru
15:33 / 07 Fevral 2020

Mən parlamentdə kimləri görmək istəyirəm?

7015

Aida Eyvazlı
Növbədənkənar parlament seçkilərində qalib görmək istədiyim namizədlərin adlarını təqdim edirəm:

1. Sumqayıtdan Zaur Əhmədi, ona görə ki, şəhid övladıdır, hər zaman istəmişəm ki, vətənim uğrunda canından keçən həqiqi qəhrəmanların övladları da ali kürsülərdə otursunlar. Onların çörəyi halaldır. Çörəyi halal olan adam xalqına, millətinə xor baxmaz.

2. Sabir Rüstəmxanlı Ömür kitabının müəllifi, İstiqlal davamızın liderlərindən biri. Vətən deyəndə təlatümlər yaradan, türk dünyasının sevdiyi Vətən oğlu.Onun sözündə yalan olmaz, xalqını, elini -obasını aldatmaz .

3.Tural Gəncəliyevi, ona görə ki, geniş dünyagörüşü, iş bacarığı, diplomatik hazırlığı ilə Azərbaycan prezidentinin etimadını doğruldub. Səsi və çıxışları da dünyada Qarabağ harayımızdır!!! Danışığı ilə düşüncəsi eynidir!

4.Ləman Ələşrəfqızı. Sözü düppədüz, kimsədən çəkinmədən deyir, yəqin ki, seçilərsə, seçildiyi dairənin də ümidlərini doğruldar.

5. Möhsüm Aslanov, dövlətçilik sözü onun boyuna biçilib. Bu seçki marafonunda gözəl bir tərbiyə və siyasi mövqe qoydu ortalığa. Azərbaycanın parlament tarixində görünməyən bir mədəniyyət nümayiş etdirdi. Hətta rəqibi, ipə -sapa yatmayan Hafiz Hacıyevin könlünə yol tapdı, onunla eyni dairədən namizəd olsa da, böyük kimi yolunu, hörmətini saxlayıb, ikisi birlikdə seçicilərin görüşünə getdi. 20 ilə yaxın xarici ölkələrdə dövlətimizin siyasi xəttini təbliğ edən və aparıcı simalardan biri oldu. Bizim parlamentə belə vətən oğlu lazımdır.

6.Rəşad Mahmudov, ürəklərin həkimi. Onu eli-obası çox sevir. Gözümlə görmüşəm Uşaqla uşaq, böyüklə böyükdür.

7.Cavanşir Feyziyev, kimsəsizlərin, yetimlərin, yazıqların, iş tapa bilməyənlərin atası. Şəkiyə hara getsən, hamı ondan danışır. Biri deyir ki, uşağımın məktəb pulunu ödəyib, biri deyir ki, şəhid evini tikib, biri deyir ki, kitabımı çap edib, başqa biri də deyir ki, nə qədər iş yeri açıb, ümidsizləri çörək sahibi edib.

8.Əkbər Qoşalı, sözümüzün, ədəbiyyatımızın qoruyucusu. Bütün türk dünyasının sözünü, qorunu qoruyan. Niyə də olmasın? Sözü kimi, əməli də bütövdür. Onunla yol yoldaşı olmuşam, necə bir türk oğlu olduğunu görmüşəm.

9.Bəxtiyar Hacıyevi, yeni düşüncəli, rüşvətə yox deyən birisidir. İşıqlıdır, şəxsən tanımasam da izlədiyim polemikalarına görə inanıram ki, o parlamentdə olarsa, gənclər siyasətimiz dəyişər, gəncliyimiz doğru danışıb, trolluq eləməz. İnanıram ki, dövlətə və dövlətçiliyimizə xudmət edər!

10.Ramin Alızadəni görmək istəyirdim. AMEA Tarix institutunun bir neçə dil bilən fövqəladə alim. Dəfələrlə sanballı çıxışları ilə xarici ölkəlırdə ermənipərəstlərin yalanlarını alt-üst edib. 125 saylı Zəngilan seçki dairəsindən namizədliyini vermişdi. Mafioz rəqibi bu dairədə təkcə onu satın ala bilmədiyindən, mafiozsayağı təsir edib sıxışdırdı, marafo dan çıxartdıra bildi. Azərbaycan daha 5 il dünyada yüksək tribunalardan onun həqiqətlərini deyə bilən bir vəkilini itirdi bu parlamentdə. Biz vətəni canı qədər sevənlərimizi aradan çıxaran namərdlərə görə uduzuruq Qarabağ davamızı.

11.Əli Hüseynlini. Ona görə ki, parlament institutunun qanunlarını əzbər bilir, bizim qanunverici orqanın qanunlarını o işləyib tərtib edib. Parlamentdə onun kimi hüquqşünaslara, iqtisadçılara ehtiyac var. Parlamenti oliqarxlara deyil, xalqın içərisindən çıxan, xalqı “Öncə Vətəndir!”- düşüncəsi ilə sevənlərə etibar edək! Biz parlamentə mandat alveri edənləri yox, Vətən torpağını düşmənlərdən necə qurtarmaq üçün çalışan millət vəkilləri lazımdır. Bizə təhsilimizdəki, səhiyyəmizdəki köklü problemləri həlli yolunu 3 il ərzində tapıb , yol açan vəkillər lazımdır!!! Bizə prezidentimizi, Ali Baş Komandanımızı xalqa yaxınlaşdıran, xalqda onun gördüyü işlərə inam yaradan Vətən oğulları lazımdır!!!

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər