Ru
10:57 / 13 Dekabr 2019

“Məndən əvvəl namizədliklərini irəli sürsəydilər...” - Azər Qasımlıdan İlqar Məmmədova MESAJ

3175
Bir müddət əvvəl REAL-dan istefa verən Azər Qasımlı keçmiş silahdaşlarının onun namizəd olduğu dairədən namizəd vermələrinə münasibət bildirib.

BakuPost xəbər verir ki, bu barədə Azər Qasımlı özünün “Facebook” səhifəsində yazıb.


O bildirib ki, 17 saylı Yasamal seçki dairəsindən namizədliyini irəli sürən Cavad Cavadova seçki yarışında uğurlar arzu edir:

“İki gün əvvəl Erkin Qədirli ilə görüşmüşdük. Məndən hansı dairədən namizəd olacağımı soruşdu. Mən də 17 saylı Yasamal dairəsini bildirdim. Elə ordaca Erkin REAL-dakılara bu barədə mesaj da göndərdi. Həmin gün günorta dairədən sənədlərimi götürüb namizədliyimi elan etdim. Bundan sonra Bəxtiyar Hacıyevlə yazışdıq və o mənə həmin dairəni nəzərdən keçirdiyini dedi. Lakin mən onun seçkilərə qatılmayacağını düşünürdüm. Əgər Cavad bəy və Bəxtiyar bəy məndən əvvəl namizədliklərini irəli sürsəydilər mən həmin dairəni seçməzdim. Çünki hər ikisinə böyük hörmətim var və mənim bu seçkilərdə rəqibim hakimiyyətin namizədidir”.

A. Qasımlı həmçinin qeyd edib ki, 17 saylı dairədən namizəd kimi seçkilərə hazırlığa başlayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər