Ru
16:57 / 17 Sentyabr 2019

“Mercedes” “VAZ”la toqquşdu - Polis əməkdaşı öldü

2690

Lənkəran rayonunda yol qəzası baş verib.



Hadisə Lənkəran-Boradigah yolunun Vilvan kəndindən keçən hissəsində qeydə alınıb.


Belə ki, Astara rayonunun Maşğan kənd sakini, 1989-cu il təvəllüdlü Rauf Əliyevin idarə etdiyi "Mercedes" markalı yük maşını Lənkəran rayonunun Osakücə kənd sakini, 1953-cü il təvəllüdlü Şəmsəddin Babayevin idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub. Sonra hərəkət istiqamətini itirərək yoldan çıxan Vaz 2107- elektrik dirəyinə çırpılıb. Sürücü Ş.Babayev hadisə yerində ölüb. Sürücünün meyidi ətrafdakıların köməyi ilə deformasiyaya uğrayan avtomobilin içərisindən çıxarılıb. Meyid ailəsinə təhvil verilib. Avtoqəzada dünyasını dəyişən Ş.Babayevin təqayüddə olan polis əməkdaşı olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.

(report)

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər