Ru
17:03 / 16 İyul 2019

Mərhum generalın oğlu DSX-də xidmətə başladı - FOTO

5045
Dövlət Sərhəd Xidməti (DSX) rəisinin sabiq şəxsi heyət üzrə müavini, mərhum general-mayor Mə­həmməd Abbasquliyevin oğlu Əli Abbasquliyev DSX Akade­mi­yasında təhsilini başa vuraraq sərhədçi zabit kimi xidmətə başlayıb.


DSX-nin rəisi, ge­neral-pol­­­kovnik Elçin Quliyev DSX Akade­mi­yasının məzun­la­rının təntənəli buraxı­lış mərasimində leytenant rütbəsini Ə.Abbasquliyevə təqdim edib.


E.Quliyev Ə.Abbasquliyev ilə görüşərək DSX Akademiyasının məzunu olması münasibətilə onu təbrik edib. Xidmət rəisi sər­hədçi zabit nəslinin nümayəndəsi və atasının layiqli davamçısı kimi gə­ləcək xidmətində ona uğur və müvəffəqiyyətlər arzulayıb.


Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xid­məti (DSX) Akade­mi­yasının məzun­la­rının təntənəli buraxı­lış mərasimi keçi­rilib.

(report)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər