Xalq artistinin qızına cinayət işi açıldı

Ötən ilin sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin imtahanında 70 iştirakçının zəhərlənməsinə görə məhkəmə işi başlayıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, imtahanda yeməkləri təmin edən “Super Servis Keyterinqi”nin rəhbəri Tamilla Sadıqova həmin iş üzrə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.

O, Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə ittiham edilir.

İbstidai istintaq yekunlaşdırılaraq Binəqədi rayon məhkəməsinə göndərilib. Aprelin 13-nə təyin edilən ilkin hazırlıq iclası təxirə salınıb. Hakim Aygün Qurbanovun sədrliyi ilə aprelin 28-də hazırlıq iclası keçiriləcək. Zərərçəkənlər 70 iştirakçı və “Yüksəliş” İctimai Birliyidir.

Qeyd edək ki, T.Sadıxova Azərbaycanın mərhum xalq artisti Hüseynağa Sadıxovun qızıdır.