Ru
15:33 / 06 Fevral 2020

“Məsəl ya...” yenidən görüşünüzə gəlir - FOTOLAR

5603
Beş aktyor sanki beş zaman səyyahı kimi bizi keçmişə - etnopsixologiyamızın qaranlıqlarına səyahətə aparır. Bu, tək bu günümüzdən keçmişə deyil, həm də keçmişdən bu günümüzə bir baxışdır. Görəsən, keçmiş adlı “məmləkətdən" baxanda, bu günümüzün gerçəkliyi necə görünür? Bəs qarasıyca güdükçü düşdüyümüz gələcək adlı o "xəyali diyara ” necə və nə üzlə gedirik?..

Ü. Hacıbəyovun “Ordan-burdan” kitabı əsasında hazırlanmış “Məsəl ya...” bir bölümlü mükaliməsində iştirak edən sənətçilər – Günay Əhməd, Oqtay Mehdiyev, Amid Qasımov, Vüqar Hacıyev və Elgün Həmidov bütün bu suallara cavab tapmaqda sizə bələdçi olacaqlar.


Tamaşada həmçinin: Ü. Hacıbəyovun musiqilərindən, M.Ə.Sabirin şeirlərindən, H.V.İsmailin mahnılarından istifadə edilmişdir.

Tamaşanın rejissor assistenti Elgün Həmidov, musiqi tərtibatçısı Amid Qasımovdur.Səhnə xoreoqrafiyası Vüqar Hacıyevindir. Quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənovdur.

13.02.2020 tarixində A. Şaiq adına Kukla Teatrının səhnəsində baş tutacaq tamaşanın biletlərini Iticket.az saytından əldə edə bilərsiniz.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər