Ru
15:15 / 19 Oktyabr 2021

“Məşğulluq marafonu”nda 3057 vakansiya təqdim edilib

3899
Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək vermək üçün “Məşğulluq marafonu”nda iştirak edən işəgötürənlərin sayı artmaqda davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bakupost.az -a verilən məlumata görə, Nazirlik tərəfindən bu ilin iyun ayında başladılan marafona indiyədək 558 işəgötürən (292-i dövlət, 266-ı isə özəl) qoşularaq 3057 vakansiya təqdim edib. Bildirilib ki, həmin vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 906 nəfər (145 şəhid ailəsi üzvü və 761 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olan vətəndaşlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər