Ru
11:20 / 12 Oktyabr 2019

Məşhur aktyor xərçəngdən vəfat etdi

2035
Hollivudun məhşur aktyoru Robert Forster dünyasını dəyişib.


BakuPost.az The Hollywood Reporter-a istinadən xəbər verir ki, beyin xərçəngindən əziyyət çəkən 78 yaşlı aktyor oktyabrın 11-də Los-Ancelesdə dünyasını dəyişib.

Robert Forster 1967-ci ildən etibarən kino filmlərə çəkliməyə başlayıb. Onu daha çox populyar edən Kventin Tarantinonun “Ceki Braun” filmindəki Maks Çerri rolu olub. O, bu rola görə, “Oskar”mükafatına layiq görülüb.

Forster ümumilikdə 30-dan artıq filmdə müxtəlif rollar ifa edib. Robert “Sem dayı”, “Ölimpin çöküşü”, Psixo”, “Qara deşik”, “Dinozavrların müharibəsi”, “Onlar da nə olub?”, “Tvin Piks: Qayıdış”, “Çətinliklərə baxmayaraq” seriallara da çəkilib.

Onun sonuncu rolu “Yol: Çətinliklərə baxmayaraq” kriminal serialında Eda Qalbreyt olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər