Məşhur avtomobil şirkətində türk dilini qadağan etdilər - QALMAQAL

1048
 
Almaniyanın avtomobil nəhəngi "BMW” şirkəti Münhen şəhərindəki ofisində işçilərə türk dilində danışmağı qadağan edib. 
 
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, adı açıqlanmayan əməkdaşlardan biri şirkətdə sadəcə alman dilində danışmağa icazə olduğunu bildirib. 
 
Şirkətin İnsan resursları departamenti hadisə ilə bağlı araşdırma başlayıb. Şirkət sözçüsü Jochen Frey deyib ki, "BMW”вэ işçilərə hansı dildə danışmaqları diktə edilmir, ancaq iş əsnasında verilən təlimatların hər kəsin başa düşməsi üçün almanca danışılması məsləhətlidir. 
Avtomobil nəhəngi BMW-nin Münhendə 50 müxtəlif millətdən 7 min işçisinin olduğu bildirilir.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər