Ru
14:56 / 30 Oktyabr 2019

Məşhur futbolçunun evini soydular

2023
İtaliya milli komandası və “Yuventus” klubunun sabiq futbolçusu Klaudio Markizionun Turin şəhərindəki evi soyulub.

BakuPost.az xəbər verir ki, tapança və tüfənglərlə silahlanmış 4 maskalı şəxs evə daxil olaraq K.Markizio və onun həyat yoldaşından seyfi açmağı tələb ediblər.

Soyğunçular çoxlu sayda zinət əşyaları və saatlar götürərək hadisə yerindən uzaqlaşıblar. İnsident nəticəsində xəsarət alan olmayıb. Hazırda polis kamera görüntülərini araşdırır.

Xatırladaq ki, K.Markizio bu ayın əvvəlində futbolçu karyerasını bitirdiyini açıqlamışdı.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər