Ru
15:43 / 05 İyul 2019

Məşhur ingilis yazar "Ali və Nino"da - FOTOLAR

4777
 

Dünən "Əli və Nino"nun Fəvvarələr meydanında yerləşən kitab mağazasında maraqlı görüş baş tutub.


Bakupost.az-ın xəbərinə görə, bir ay əvvəl İngiltərənin "Pushkin Press" nəşriyyatı Baninin (Ümmülbanu Əsədullayeva) "Days in the Caucasas" əsərini ilk dəfə ingilis dilində nəşr edib. Dünyaca tanınmış tərcüməçi, yazar və redaktor Anne Thompson-Əhmədovanın tərcüməsində olduqca mükəmməl əsər oxuculara təqdim olunub. 


Əsərin Azərbaycanda keçirilən təqdimat mərasiminə isə "Əli və Nino" kitab mağazası ev sahibliyi edib. Tədbir çərçivəsində Baninin "Qafqaz Günləri" kitabının ingilis və Azərbaycan dilində təqdimatı və imza günü baş tutub. Azərbaycan dilinə tərcümə olunmuş tam versiya "Qanun" nəşriyyatı tərəfindən çap olunub.

 

Tədbir qonaqlar və oxucuların xoş diskussiyaları, maraqlı söhbətlər və xoş təəssüratlarla yadda qalıb.

 

Görüşdən maraqlı fotoları təqdim edirik:

Məşhur ingilis yazar "Ali və Nino"da -  FOTOLAR
Məşhur ingilis yazar "Ali və Nino"da -  FOTOLAR
Məşhur ingilis yazar "Ali və Nino"da -  FOTOLAR
Məşhur ingilis yazar "Ali və Nino"da -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər