Məşhur müğənni - Bu xəstəlikdən öldü

  • 03 Okt 2019 12:35
  • 488 Baxış
Məşhur  müğənni  -   Bu xəstəlikdən öldü

Amerikalı müğənni və “The Muffs” rok qrupunun gitaristi Kim Şattuck 56 yaşında vəfat etdi.


BakuPost xarici mətbuata istinadən xəbər verir ki, musiqiçinin ölüm səbəbi olaraq onun bir neçə ildir mübarizə apardığı amyotrofik lateral skleroz (ALS) xəstəliyi göstərilib.

Şattuck 1963-cü ildə Kaliforniyanın Los-Anceles şəhərində anadan olub. 1985-1990-cı illərdə “The Pandoras” qadın rok qrupunun tərkibində çıxış edib. Kollektiv dağıldıqdan sonra vəziyyəti ağırlaşana qədər ifa etdiyi “Muffs” ı yaradıb.

Qeyd edək ki, sənətçi eyni zamanda tanınmış aktyor Robin Uiliamsın da rol aldığı məşhur “Atalar günü” filmində rol alıb.


Günel