Ru
09:24 / 13 İyul 2020

Məşhur müğənninin nəvəsi intihar etdi

5431
Dünya musiqi tarixinin ən parlaq simalarından biri olan Elvis Preslinin nəvəsi intihar edib.

"BakuPost"un məlumatına görə, bu barədə informasiyanı TMZ yayıb. 28 yaşlı Benjamin Kio Amerikada, Kaliforniya ştatındakı evində ölü tapılıb. O, silah yarasından ölüb.

Kio Preslinin qızı Liza Preslinin övladı olub. Məşhur babasına bənzərlliyi ilə diqqət çəkən gənc də onun kimi musiqiçi idi.

Xatırladaq ki, Elvis Presli 1977-ci ildə 42 yaşında ölüb. O, hələ də Amerika pop mədəniyyətinin ikonası olaraq qalmaqda davam edir. Dünyanın ən məşhur 3 ifaçısından biridir. Presli sağlığında 3 dəfə "Qremmi" mükafatı alıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər