Ru
19:17 / 14 Avqust 2020

Məşhur musiqiçi vəfat edib

6617
İngiltərəli gitaraçı Culian Brim 88 yaşında dünyasını dəyişib.

“BakuPost” xəbər verir ki, bu barədə məlumatı musiqiçinin maraqlarını təmsil edən “James Braun Management” şirkəti yayıb.

“Təəssüflə bildiririk ki, 1933-cü il doğumlu, klassik ingilis gitaraçı və lyutnya çalan, Britaniya İmperiyası ordeninin komandoru avqustun 14-də öz evində dünyasını dəyişib”, - məlumatda bildirilib.

Ölümünün dəqiq səbəbi açıqlanmayıb.

Qeyd edək ki, C.Brim 20 dəfə “Qremmi” mükafatı namizədi olub. O, bu musiqi mükafatını 4 dəfə qazana bilib. İngiltərəli sənətkar son konsertini 18 il öncə - 2002-ci ildə verib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər