Ru
17:15 / 04 Oktyabr 2019

Məşhur opera ulduzu Bakıda çıxış etdi

1521
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operası nümayiş edilib.


BakuPost xəbər verir ki, səhnə əsərində əsas partiyalardan biri - Violetta partiyasını A.Maldıbayev adına Qırğızıstan Milli Opera və Balet Teatrının solisti, Qırğızıstanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Elnura Samarbekova ifa edib.

Operada digər rolları sənət ocağının aparıcı solistləri - Əməkdar artistlər Fərid Əliyev, Cahangir Qurbanov, Səbinə Vahabzadə, Tural Ağasıyev, Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, solist Nina Makarova canlandırıb.

Səhnə əsəri Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və milli “Humay” mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər