Məşhur otelin azərbaycanlı sahibi: “Kişilər 22,5 faizi otellərdə arvadına xəyanət edir”

1190
Aprelin 14-də məşhur otelyer Yunis Teymurxanlı "Əli və Nino" kitab mağazasında oxucularla görüşüb. 
 
Bakupost.az-ın məlumatına görə, görüşün məqsədi tanınmış otelyer, Sankt-Peterburqdakı "Гельвеция" otelinin təsisçisi və baş meneceri olan Yunis Teymurxanlının hər iki kitabını geniş oxucu kütləsinə təqdim etmək, biznesin təşkili və uğur qazanmağın sirləri mövzusunda müəlliflə həmsöhbət olmaq imkanının yaradılması idi.

Kiçik furşet formasında təşkil olunmuş tədbir olduqca maraqlı anlarla yadda qaldı. Tanınmış otelyer həmsöhbətlərinə Bakıdakı uşaqlıq illərindən, təhsili və biznes sahəsindəki ilk addımlarından, bloger və publisist kimi fəaliyyətindən söhbət açdı, ünvanlanmış sualları səmimi və ətraflı cavablandırdı. Otellərdə yaşanan məhəbbət macəralarına və otel qonaqlarının şəxsi sirlərinin qorunması məsələsinə də toxunan otelyer bildirdi ki, məşhur "Newsweek" juralının 400 biznesmen arasında apardığı araşdırmaya əsasən, kişilərin 22.5% otellərdə öz həyat yoldaşlarına xəyanət edirlər. Onların 12%-i qadınları özlərilə gətirirlər. 4% kişilər otelin masajistləri və spa işçiləri ilə intim əlaqədə olurlar, 3% otel personalı ilə, 2% kişilər isə  otel işçiləri ilə xəyanət edirlər. 1.5% kişilər isə buna cəhd göstərsələr də "yox" cavabı alırlar.

Kitablarından bəhs edən gənc publisist otellərdə yaşanan maraqlı və sirli, həyəcan dolu həyatların görünməyən tərəflərindən, otel işinin çətin, eyni zamanda məsuliyyətli cəhətlərindən söhbət açdı.

Daha sonra oxucular müəllifin hər iki kitabını ( ««Do not disturb». Записки отельера»,  ««Room service». Записки отельера» ) imzalı şəkildə əldə etmək şansını qazandılar.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər