Ru
14:27 / 30 Yanvar 2021

Məşhur xanəndə bədbəxt hadisə nəticəsində vəfat etdi - VİDEO

6272

Cənubi Azərbaycanın tanınmış xanəndəsi Cəmşid Nəcəfi vəfat edib.


Bakupost xəbər verir ki, dünən Tehranda onu avtomobil vurub, nəticədə yol kənarındakı səkiyə dəyərək başından xəsarət alıb və yerindəcə keçinib.


Məlumat üçün qeyd edək ki, Cəmşid Nəcəfi Hicri təqvimi ilə 1329-cu ildə Ərdəbildə azərbaycanlı ailədə dünyaya göz açıb. Onun atası Bakıdan Güney Azərbaycana köç edib və ərdəbilli qadınla ailə həyatı qurub. Xanəndəlik fəaliyyətinə başladığı ilk illərində fars mahnıları ifa edib və məşhurlaşıb. İranda inqilab baş verdikdən sonra sənətini Azərbaycan türkcəsində davam etdirib. “Gecələr”, “Nazlı qızım” kimi mahnılar Cəmşid Nəcəfinin məşhur ifalarındandır.




Cəmşid Nəcəfi ilə bağlı Zahir Məliklinin 2018-ci ildə yazdığı yazı ilə aşağıdakı linkdən tanış ola bilərsiz:
https://www.bakupost.az/baki-torpaini-persen-bexti-getirmeyen-meshur-azerbaycanlilar-savalandan-reportaj/
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər