Ru
13:11 / 21 May 2019

Mətbuat Şurası dünya jurnalistlərinə müraciət edəcək

2185
Azərbaycan Mətbuat Şurası mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı müraciət edəcək.


 

Bakupost-un  məlumatına görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. O bildirib ki, sabah Mətbuat Şurası dünya jurnalistlərinə mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı müraciət ünvanlayacaq: "Buna səbəb isə Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlum bəyanatıdır".


Qeyd edək ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi mayın 29-da Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə əlaqədar vətəndaşlarına terror təhlükəsinin olması barədə xəbərdarlıq edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər