Meyit donordan bu orqanlar köçürülə bilər - SİYAHI

457
 
Azərbaycanda transplantasiya obyekti olan orqan və toxumaların siyahısı dəqiqləşdirilib.

Yeni hazırlanan "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 6-cı (Transplantasiya obyekti olan orqan və toxumaların siyahısı) maddəsinə əsasən, meyit donordan transplantasiya məqsədi ilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər.

Canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

Azərbaycanda ksenotransplantasiya (İnsan orqanlarının heyvana, yaxud heyvan orqanlarının insana köçürülməsi) elmi-tədqiqat işləri istisna olmaqla, qadağandır. (Report)


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər