Mikroavtobus qəzaya düşdü - Yaralananlar var

1277
Yevlaxda mikroavtobus qəzaya uğrayıb.

BakuPost-un "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı mikroavtobus idarəetmədən çıxaraq maneəyə çırpılıb. Hadisə zamanı Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Samirə Cabbarova, Qazax rayon sakinləri - 1960-cı il təvəllüdlü Ayişə Şahmarova və 1957-ci il təvəllüdlü Yeganə Hüseynova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəza nəticəsində habelə bir neçə nəfər də yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər