Ru
01:08 / 06 Sentyabr 2020

Millətlər Liqasında I tur yekunlaşdı

3548
Millətlər Liqasında I tura yekun vurulub.

"BakuPost" xəbər verir ki, turun son günündə 9 oyun keçirilib.

Ən güclülərin yarışdığı A liqasında 2 qrupun matçları keçirilib. İngiltərə II qrupun İslandiyadakı görüşündə qalib olub. Belçika isə Danimarkada qələbəni bayram edib.

III qrupda dünya çempionu Fransa İsveçlə səfər oyununda üç xal əldə edib. Avropa çempionu və Millətlər Liqasının ilk qalibi Portuqaliya dünya vitse-çempionu Xorvatiyanı darmadağınla üstələyib.

C liqasında da iki qrupda 4 qarşılaşma baş tutub. Azərbaycan millisi I qrupdakı ilk görüşündə Lüksemburqa uduzub – 1:2. Yığmamızın rəqiblərinin Kiprdəki duelində də qonaqlar – Monteneqro millisi qalib gəlib.

Eyni liqanın II qrupunda Şimali Makedoniya Ermənistan üzərində qələbəyə sevinib. Estoniyanın qonağı olan Gürcüstan isə səfərdən üç xalla ayrılıb.

Avropanın ən zəif yığmalarının qatıldığı D liqasında bir oyun baş tutub. II qrupda Cəbəllütariq San-Marinonu məğlub edib.

Qeyd edək ki, II turun oyunları sentyabrın 6-8-də keçiriləcək.

Millətlər Liqası
I tur
5 sentyabr

C liqası, II qrup
Şimali Makedoniya – Ermənistan - 2:1
Estoniya – Gürcüstan - 0:1

D liqası, II qrup
Cəbəllütariq – San-Marino - 1:0

A liqası, II qrup
İslandiya – İngiltərə - 0:1
Danimarka – Belçika - 0:2

C liqası, I qrup
Azərbaycan – Lüksemburq - 1:2
Kipr – Monteneqro - 0:2

A liqası, III qrup
Portuqaliya - Xorvatiya - 4:1
İsveç - Fransa - 0:1
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər