Milli futbol çempionatları böyük beşlikdə

Avropanın aparıcı milli futbol çempionatları davam edir. Novator.az-ın məlumatına görə, İngiltərə çempionatında “Tottenhem” və “Liverpul” 21 xalla liderliyi bölüşürlər. “Çelsi”nin 19 xalı, “Lester”in 18 xalı var.

İspaniya çempionatında 24 xalla “Real Sosyedad” başçıdır. “Atletiko” 23 xal, “Vilyarreal” 20 xal, “Real” 17 xal yığıb.

İtaliya çempionatında “Milan” 23 xalla irəli çıxıb. Lideri 18 xalla “İnter” və “Sassuolo”, 17 xalla “Yuventus”, “Napoli” və “Roma” izləyir.

Almaniya çempionatında “Bavariya” 22 xalla öndədir. “Leypsiq” 20 xal, “Bayer” 19 xal, “Borussiya” (Dortmund) 18 xal götürüb.

Fransa çempionatında PSJ ilk pillədədir: 25 xal. “Lill”, “Lion”, “Monako” və “Monpelye” 23 xal əldə edib.