Ru
12:17 / 12 May 2020

Milli Məclisin şöbə müdirinin lüks “Porsche”si... - Açıqlama

6435
Milli Məclisin Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri İlkin Məmmədov lüks avtomobili ilə gündəmə gəlib.

"BakuPost" xəbər verir ki, İlkin Məmmədov "Porsche" markalı avtomobilini 54 min dollara (92 min manat) Turbo.az saytında satışa çıxarıb. Həmin elanı İlkin Məmmədov öz feysbuk səhifəsində də paylaşıb.

39 yaşlı İlkin Məmmədov elan yerləşdirərkən belə bir qeyd də yazıb: "...Bu komplektasiyada eyni avtomobil Azərbaycanda yoxdur!".

Reklamın artıq aktiv olmaması onu göstərir ki, İlkin Məmmədov artıq avtomobilinə müştəri tapa bilib.

İ. Məmmədov “Qafqazinfo”ya bildirib ki, avtomobil ona məxsus deyil: “O mənim dostumun maşını idi. Bir ay əvvəl məndən xahiş etmişdi ki, elanı səhifəmdə paylaşım. Mən də burada heç bir qəbahət görmürəm və elanı paylaşmışam.

Qeyd edək ki, məsələ ilə bağlı Milli Məclisin yeni mətbuat xidmətinin rəhbəri Ceyhun Əli ilə də əlaqə saxlamağa çalışdıq. C. Əli telefona cavab verməyib.
Milli Məclisin şöbə müdirinin lüks “Porsche”si...  - Açıqlama
Milli Məclisin şöbə müdirinin lüks “Porsche”si...  - Açıqlama
Milli Məclisin şöbə müdirinin lüks “Porsche”si...  - Açıqlama
Milli Məclisin şöbə müdirinin lüks “Porsche”si...  - Açıqlama
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər