“Milli qəhrəmanlar evlə təmin olunmalıdır” - Əli Hüseynli

508
 
Milli qəhrəmanlar evlə təmin olunmalıdır.

Belə bir təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı çııxş edib.

Komitə sədri bildirib ki, bu gün ölkədə Milli Qəhrəmanların İctimai Birliyi fəaliyyət göstərir və onlar ölkə başçısına Milli qəhrəmanlarla bağlı ayrıca qanunun hazırlanması təklifi ilə müraciət ediblər:

"Hökumət bunu nəzərə almalıdır. Digər bir məsələ də ondan ibarətdir ki, bu gün Azərbaycanda sağ olan və yaşayan çox az sayda Milli qəhrəman var ki, onlar evlə təmin olunmayıb. Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu nəzərə alıb, yaxın gələcəkdə onları evlə təmin etsə, yaxşı olardı". (Trend)


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər