Ru
14:49 / 11 Dekabr 2019

Millimiz Ermənistanla eyni qrupa düşdü

1645
Kişi basketbolçular arasında kiçik ölkələrin Avropa çempionatının püşkü atılıb.

BakuPost xəbər verir ki, Almaniyanın Frayzinq şəhərində baş tutan tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.


Yığmamız Ermənistan, İrlandiya və Andorra ilə B qrupunda mübarizə aparacaq. Qrupun matçları 2020-ci il iyunun 29-dan iyulun 4-dək Limerik şəhərində təşkil olunacaq.

Digər qrupda Malta, Cəbəllütariq və San-Marino basketbolçuları oynayacaqlar.

16 yaşadək oğlan basketbolçulardan ibarət yığma isə C divizionunda qüvvəsini sınayacaq. Püşk komandamızı A qrupunda Uels, Andorra, Moldova və Şotlandiyaya rəqib edib. Qrupun qarşılaşmaları iyulun 11-19-da Kosovanın paytaxtı Priştinada keçiriləcək.

Digər qrupda meydan sahibləri ilə yanaşı, Albaniya, Ermənistan, San-Marino, Cəbəllütariq və Malta gücünü yoxlayacaq.

Qeyd edək ki, ümumilikdə 18 növ üzrə yarışların püşkü atılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər