Ru
12:58 / 05 Noyabr 2019

Milyonları mənimsəyən bankir məhkəməyə gəlmədi - Səbəb

2355
Bakı Ağır Cinayətlər Məhkəməsində “GünayBank”ın keçmiş sədr müavini Emin Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakupost. az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxs gətirilməyib.

Bildirilib ki, E. Zeynalovun səhhıtində problem olduğunu deyib.

Proses noyabrın 13-ə təyin edilib.

Qeyd edək ki, E.Zeynalov Cinayət Məcəlləsini 178.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilir.

Cinayət işi üzrə 18 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. E.Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında yüksək vəzifəli məmurların da olduğu bildirilir.
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) isə bankda hər hansı bir problemin olmaması ilə bağlı açıqlama yayıb.

Emin Zeynalov "BUSBank"ın (hazırkı "Kapital Bank") keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z.Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra “Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.

İş üzrə dəymiş zərər 14 milyon manatdır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər