Ru
15:26 / 26 İyun 2019

Mingəçevirdə “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirildi

1730
Mingəçevirdə "Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib.


Bakupost  xəbər verir ki, Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  iyunun 25-də  Mingəçevir şəhərində "İnternet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar  keçirib.  "Mingəçevir işıqları” qəzetinin  Media Resurs Mərkəzində keçirilən tədbirə Qərb bölgəsində mövcud olan yerli KİV-lərin  nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin  bölgə  üzrə  təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin nümayəndələri qatılıblar. 


Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "İnternet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda konfrans və seminarların təşkili” layihəsi çərçivəsində baş tutub. 


Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, xəbər istehsalçılarının  "Şəxsi həyat” barədə xəbər hazırlamağın şərtlərinə yanaşmaları problemlidir: "Xüsusi kateqoriyalı fərdi məlumatlar”ın, onun mühüm qollarından olan "Şəxsi həyat”ın  qorunması modern dünyada insan hüquqlarının ən önəmli  prinsiplərindən biri, həmçinin, onlayn medianın trend problemlərindən biri kimi qəbul edilir. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi  "Şəxsi həyatın qorunması”nı ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi də "şəxsi həyat”a  aid informasiyaların qorunmasına, ona hörmətlə yanaşılmasına təminat verir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155 və 156-cı maddələri  başqalarının "şəxsi həyat” prinsipini pozmağa görə cinayət məsuliyyətini nəzərdə tutur. Mövzunun həssaslığını nəzərə alaraq, Milli Məclis "Fərdi məlumatların qorunması” adlı əlahiddə qanun da qəbul edib. "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın 3-cü prinsipi də "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı”  mövzusuna  həsr edilib. 


Amma internetin sürətli inkişaf etməsi ilə bu sahədə problemlər də ortaya çıxıb, "Şəxsi həyat”ın qorunması mövzusu aktuallaşıb. Sosial şəbəkələr, "Şəxsi həyatın qorunması” və digər bu kimi  prinsiplərin intensiv şəkildə pozulmasına yol açmaqla, mənfi təzahürləri də ortaya çıxarıb. "İnternet dövründə şəxsi həyatın qorunmasını necə təmin etməli?” sualı qlobal səviyyəli müzakirələrin mövzusuna çevrilib. Problemin aradan qaldırılması üçün beynəlxalq təşkilatlar bir sıra modelləri müzakirəyə çıxarıblar. Keçirdiyimiz seminarlarda iştirakçılara bu problemin aradan qaldırılması yolları barədə məlumat verilir”. 

Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə "Xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat və KİV" adlı vəsait də çap edilib və seminar iştirakçılarına pulsuz paylanıb. 

Tədbirdə  çıxış edən media eksperti Nəzirə Nurullayeva şəxsi həyat barədə informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər barədə seminar iştirakçılarını məlumatlandırıb. 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər