Ru
17:20 / 25 May 2019

Mingəçevirdə piyada öldü

2198
Mingəçevirdə piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Bakupost oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.


Belə ki, 1994-cü il təvəllüdlü Hidanlı Anar Ağasəf oğlu idarə etdiyi "Mercedes Benz 210 D" mikroavtobus markalı, 45-BL-199 dövlət qeydiyyat nişanlı, 4 saylı şəhərlərarası sərnişin avtobusu ilə yolun qarşı tərəfinə keçmək istəyən piyada, 1954-cü il təvəllüdlü İsmayılova Şölə Qafar qızını vurub.


Piyada dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılsa da, aldığı bədən xəsarətlərindən orada dünyasını dəyişib.


Meyit xarici və daxili müayinə üçün ekspertizaya göndərilib.


Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər