Ru
10:13 / 21 Noyabr 2019

Mingəçevirdə polisin bıçaqlanmasının TAM TƏFƏRRÜATI

1547
Mingəçevirdə polisin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb.


BakuPost.az-ın məlumatına görə, hadisə ötən gecə Samux küçəsindəki Mingəçevir Turizm Kollecinin qarşısında qeydə alınıb.


Şəhər sakini, 1997-ci il təvəllüdlü İsmayılov Elyar İsmayıl oğlu idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə kollecin qarşısına gələrək orada işləyən tanışı Ağayev Kənan İlham oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində E.İsmayılov üzərində gəzdirdiyi bıçaqla K.Ağayevə bir neçə bıçaq zərbəsi endirib. Əraziyə çoxsaylı insanlar toplaşaraq E. İsmayılovun K. Ağayevi öldürməsinə imkan verməyib.

Araşdırmalar zamanı məlum olub ki, E.İsmayılovla K.Ağayev uzun müddət yaxın dost olub, E İsmayılov son vaxtlar narkotik vasitələr və cinayətkar aləmə meyilli olduğundan K.Ağayev onu bu yoldan çəkindirməyə çalışıb. Bundan əsəbiləşən E. İsmayılov bu məqsədlə K.Ağayevi öldürmək qərarına gəlib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Qeyd edək ki, hadisədə bıçaqlanan K. Ağayev mühafizə polisinin əməkdaşı olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər