Ru
16:38 / 16 Yanvar 2020

Mişustin Rusiyanın yeni Baş Naziri oldu

3725
Rusiya Dövlət Duması Mixail Mişustini ölkənin Baş Naziri vəzifəsinə təsdiqləyib.


Dumanın bu gün keçirilən növbədənkənar iclasında Rusiya Federal Vergi Xidmətinin rəhbərinin ölkənin baş naziri təyin olunmasının lehinə 383 deputat səs verib.

Qərarın əleyhinə səs verən olmayıb, 41 deputat isə bitərəf qalıb.

Qeyd edək ki, Dumanın Reqlament komitəsinin rəhbərinin təklifi ilə səsvermə elektron səsvermə sistemindən istifadə etməklə açıq keçirilib.

Xatırladaq ki, yanvarın 15-də Dmitri Medvedevin rəhbərlik etdiyi hökumət istefa verib.

(report)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər