Ru
11:06 / 09 Noyabr 2019

Mollanı axtarırdı, məscidi yandırdı

3800
Başqırdıstanın paytaxtı Ufa şəhərində mollanı axtaran şəxs təsadüfən məscidi yandırıb.

BakuPost.az xəbər verir ki, bu barədə RİA “Novosti”yə Rusiya Daxili İşlər Nazirliyinin Başqırdıstan Respublikasındakı mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, “Həmzə” məscidində baş verən yanğından sonra polislər 39 yaşlı yerli sakini şübhəli şəxs qismində saxlayıblar.


İfadəsindən məlum olub ki, hadisə baş verən zaman o, sərxoş olub. Belə ki, məscidin qapısını açıq olduğunu görən 39 yaşlı şəxs kibriti yandıraraq qaranlıq otaqda mollanı axtarıb.

Lakin mollanı tapa bilmədikdən sonra yanan kibriti yerə atıb. Nəticədə məsciddə yanğın baş verib. Hazırda faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər