Ru
12:20 / 09 Dekabr 2025

Moped sürənlərdən sürücülük vəsiqəsi tələb olunacaq

Moped sürənlərdən sürücülük vəsiqəsi tələb olunacaq
Eye

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.

Bakupost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanunda təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Moped idarə etmək üçün A1 növündə sürücülük vəsiqəsi veriləcək.

Dəyişiklikdə mopedlərin dövlət qeydiyyatına alınaraq uçota götürülməsi də nəzərdə tutulur.

Qanuna təklif olunan digər dəyişiklik isə motosiklet və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yükü daşımağın qadağan edilməsi ilə bağlıdır.

Qanun qəbul ediləcəyi halda dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar