Ru
23:56 / 25 Aprel 2019

Moskvada 60 yaşlı azərbaycanlı həmyerlisini öldürüb və intihar edib

2614
Rusiya paytaxtında baş verən atışma
nəticəsində iki nəfər azərbaycanlı ölüb.

 

BakuPost.az ONA-ya istinadən xəbər
verir ki, hadisə bu gün axşam saatlarında "Novıye Çeryomuşki”
metrostansiyasının yaxınlığında baş verib.

 

 

İlkin məlumatlara görə, hadisəni
azərbaycanlı əsilli Gürcüstan vətəndaşı 60 yaşlı Rəsul Abdullayev törədib.

 

 

Onun açdığı atəş nəticəsində 50 yaşlı
digər azərbaycanlı Vaqif Hümbətov ölüb. Daha sonra R. Abdullayev həmin odlu
silahla özünü öldürüb.

 

 

Qətl hadisəsinin qisas üstündə baş
verdiyi məlum olub. Belə ki, avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul
olan Rəsul Abdullayevin oğlunun azart oyunlar həvəskarı olduğu və nəticədə
külli miqdarda borcunun yığıldığı və bu səbəbdən öldürüldüyü bildirilib.

 

 

Qeyd edək ki, ölənlərdən birinin, Vaqif
Hümətovun üstündən "The Moscow times" qəzetinə məxsus jurnalist
vəsiqəsi tapılıb. Bir müddət sonra "The Moscow times"-in
redaksiyasından ştatlarında belə bir əməkdaşın olmadığı bildirib.

 

 
Faktla bağlı cinayət işi açılıb,
araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər